Fələstində 200 min müsəlman Ramazan ayının son cümə günü Məscidül-Əqsada toplaşıb

Fələstində 200 min müsəlman Ramazan ayının son cümə gününü işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada qeyd edib.

Qüds İslam Vəqfləri İdarəsi 200 min müsəlmanın Məscidül-Əqsada toplaşdığını açıqlayıb.

Bu müqəddəs gecəni Məscidül-Əqsada keçirmək istəyən ailələr burada süfrələr düzərək iftar ediblər.

Ramazan ayının son günlərini Əqsadakı Ehtikafda keçirmək istəyən çoxlu sayda insan müqəddəs məbədin həyətlərində və bağlarında çadırlar qurub.

Digər tərəfdən minlərlə Fələstinli İsrail vətəndaşı bu gecəni qeyd etmək üçün ölkənin hər yerindən yüzlərlə avtobusla Şərqi Qüdsə gəlib.