05 April 2024

İsrail rejimi müxtəlif ölkələrdəki 7 səfirlik binasını boşaltdığı deyilir

İsrail rejim mənbələri cümə axşamı sionist rejiminin yeddi səfirliyinin hücum qorxusu ilə təxliyyə edildiyini bildiriblər.

“Yediot Aharnot” qəzeti mövzu ilə bağlı yazarkən qeyd edir ki, boşaldılan səfirlik binaları arasında Bəhreyn, Misir, İordaniya, Mərakeş və Türkiyədəki rəsmi binalar qeyd edilib.

Bakı İnsan Hüquqları Klubu 38 nəfərin əfv edilməsi xahişi ilə prezidentə müraciət edib

Bakı İnsan Hüquqları Klubu (BİHK) gözlənilən əfv sərəncamı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.

BİHK rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, Əfv Müstəqillik Günü - 28 May ərəfəsində gözlənilir.

Onun sözlərinə görə, Bakı İnsan Hüquqları Klubu müraciətində 38 nəfərin həbsdən azad edilməsini xahiş edir.

Hüquq müdafiəçisi: Məhkəmə demək olar ki, Bəxtiyar Hacıyevin ifadəsi ilə davam edib

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, bugünkü məhkəmə prosesində də Bəxtiyar Hacıyev ifadə verib.

“Liverpul” “Mançester Siti”nin rekordunu qırdı

İngiltərə Premyer Liqasının 31-ci turunda “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub edən "Liverpul" yeni rekorda imza atıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “mersisaydlılar” bu görüşdə 83,1 faiz topa sahib olublar.

Bu rəqəm 2003-04 mövsümündən - statistik məlumatlar toplanandan bəri Premyer Liqada rekord göstəricidir. Əvvəlki Premyer Liqa rekordu 2018-ci ildə “Suonsi” ilə görüşdə 82,9 faizlə “Mançester Siti”yə məxsus idi.

İsrailin Qəzzaya hücumundan sonra Varşava-Təl-Əviv arasında diplomatik böhran yarandı

İsrailin Qəzzaya hücumu zamanı polşalı bir yardım işçisinin öldürülməsindən sonra Varşava ilə Təl-Əviv arasında diplomatik böhran yaranıb.

İsrailin Qəzzaya hücumunda Polşalı bir yardım təşkilatı işçisinin ölməsi Varşava ilə Təl-Əviv arasında diplomatik böhrana səbəb olub. Polşa Xarici İşlər Nazirliyi İsrail səfiri Yacov Livneni Varşavada görüşə çağırıb.

Düşmən Tovuzu atəşə tutdu

Saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Hizbullah İsrailin işğalı altındakı əraziləri tank əleyhinə raketlərlə hədəfə alıb

Livan Hizbullahı Hizbullah Hərəkatı İsrailin işğalı altında olan əraziləri tank əleyhinə raket hücumları ilə hədəfə alıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, işğalçı sionist rejim ordusunun bəyanatına əsasən, Hizbullah gecə boyu Livan sərhədindəki Metula bölgəsinə tank əleyhinə raket hücumları həyata keçirib.

Hücum zamanı bir İsrail əsgəri yüngül yaralanıb.

“Beşiktaş” xal itirdi

Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, son oyun günündə iki matç keçirilib. "Beşiktaş" səfərdə "Başakşəhər"in qonağı olub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Günün digər oyunu olan "Samsunspor" - Pendikspor" matçı da bərabərliklə bitib - 0:0.

İsrail qüvvələri Məscidül-Əqsaya basqın edib

Fələstin mənbələri bu səhər, sionist qüvvələrin Məscid əl-Əqsaya ibadət edən fələstinlilərə hücum etdiyini bildirdi.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, işğalçı sionistlər Məscid əl-Əqsada ibadət edənlərə gözyaşardıcı qazı sıxdılar.

Al Jazeera müxbiri, hücum nəticəsində İsrail əsgərlərinin 3 nəfəri həbs etdiyini açıqlayıb.

Prezidentin Mətbuat Xidməti: İnsan hüquqlarını bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir

Azərbaycan Prezidentinin Mətbuat Xidməti Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 3-dəki telefon danışığı zamanı insan hüquqları ilə bağlı məsələnin müzakirəsi barədə ABŞ Dövlət Departamentinin məlumatına münasibət bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə haqsız olaraq həbs edilən şəxslərin azadlığa buraxımasını vacib sayır.

“İslah”a məcbur edilərək fiziki işgəncələr yaşayan siyasi məhbus məhkəmə önünə çıxarılacaq

1 saylı İstintaq təcridxanasında işgəncə faktları haqqında ara-sıra mətbuatda işıqlanmalar olur. Ötən il təcridxanada aldığı işgəncələr səbəbindən hal-hazırda əlil həyatı yaşayan Ceyhun Balaşov da belə qurbanlar sırasında olub.