01 April 2024

Eilat hücumuna görə məsuliyyəti İraq Müqaviməti öz üzərinə götürüb

   

İbrani mediasının məlumatına görə İraq İslami Müqavimət Hərəkatı bəyanat yayaraq, işğal altındakı Eylat şəhərinə hücumun məsuliyyətini üzərinə götürüb.

Bu səhər sionist rejim mediası işğal altındakı Eylatda həyəcan təbili çaldığını və bu ərazinin raket və ya PUA-nın hücumu ilə hədəfə alındığını elan edib.

Roma Papası Qəzzada atəşkəsə və Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinə çağırıb

Bazar günü Pasxa münasibətilə çıxış edən Roma Papası Fransisk Qəzzada dərhal atəşkəsə və bütün israilli girovların azad edilməsinə çağırıb.

Pontifik Müqəddəs Pyotr Meydanında ibadət mərasiminin ardınca ənənəvi “Urbi et Orbi” (“Şəhərə və dünyaya”) mesajını çatdırıb.

Türkiyədə bələdiyyə seçkiləri bitdi, qalib CHP oldu

 Türkiyədə özünüidarəetmə orqanlarının seçkilərinin nəticəsi gözlənilməz olub.

Belə ki, açılan 97.6 faiz sandıqlarına ümumi nəticəsinə görə, müxalif CHP 37.59 faizlə birinci, iqtidar AK Partiya 35.61 faizlə ikinci yerdədir.

Yenidən Refah partiyası bu seçkilərdə gözlənilməz nəticə əldə edib.

Belə ki, YRP 6.14 faizlə üçüncü yerdə qərarlaşıb.

Şəhriyar Məmmədyarov reytinq siyahısında irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Operativtv.com Apasport.az-a istinadla xəbər verir ki, yenilənmiş siyahıda 8 azərbaycanlı ilk "100-lüy"ə daxil olub.

Ötən ayla müqayisədə 2 pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib. 3 mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci olub. Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. Nicat Abasov "100-lük"dən kənardadır.

İsrail ordusu Əl-Şifa xəstəxanasını tərk etdikdən sonra ərazidə onlarla cəsəd tapılıb

İsrail hərbçiləri Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasını tərk etdikdən sonra kompleksin ərazisində onlarla cəsəd tapılıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “AFP” Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Nazirlik xəstəxana kompleksinin içərisində onlarla cəsədin tapıldığını bildirib”, - məlumatda deyilir.

HƏMAS: Müharibə dayanmayana qədər heç bir müqavilə imzalanmayacaq

HƏMAS hərəkatının yüksək rütbəli məsullarından biri ABŞ və İsrail rejimi ilə danışıqlar aparmadığını bildirərək deyib: Müharibənin dayandırılmasına zəmanət olmasa , müqavimət heç bir müqavilə imzalamayacaq”.

Sionistlərin addımları səbəbindən Həmas və İsrail rejimi arasında dolayısı danışıqların çıxılmaz vəziyyətə düşdüyü bu günlərdə HƏMAS hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdülhadi verdiyi açıqlamada deyib.

İsraildə hökumət əleyhdarları parlament qarşısında çadırlarda qalmağa başlayıblar

İsraildə minlərlə insan Qərbi Qüdsdə parlament binası qarşısında çadır şəhərciyi quraraq, İsrail rejiminin baş naziri Benyamin Netanyahu hökumətinin istefasını, erkən seçkilərin keçirilməsini və Qəzzada israilli məhbusların geri qaytarılmasını tələb ediblər.

İsraildə bazar günü axşam saatlarında təxminən 100 min insanın iştirak etdiyi hökumət əleyhinə nümayişlərdən sonra bəzi qruplar Qərbi Qüdsdə İsrail parlamentinin qarşısında yüzlərlə çadır quraraq orada qalmağa başlayıblar.