Yəmən xalqı Fələstin xalqı ilə həmrəylik yürüşü təşkil edib və hücumçuları xəbərdar edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, minlərlə yəmənli Ənsarullah liderinə sədaqətlərini bəyan etmək, təcavüzkarları xəbərdar etmək və Fələstin xalqı ilə həmrəy olmaq üçün küçələrə axışıb.

Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, on minlərlə yəmənli bu səhər Yəmənin şimalındakı Səada əyalətində keçirilən yürüşə qatılıb. Yürüş iştirakçıları Yəmənin şəhid liderlərinin plakatları ilə yanaşı, Amerikanın müstəmləkəçilik siyasətini və Səudiyyə Ərəbistanının təcavüzünü pisləyən pankartlar da daşıyıblar.

Nümayiş keçirən xalq Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan etmək, fələstinlilərə və yəmənlilərə qarşı hücumları rədd etmək üçün: "Liderləri şəhid olan xalq düşmənə qarşı susmaz", "Yəmən xalqı orada olacaq və Məscidül-Əqsaya doğru irəliləyəcək", "Təcavüzkarlara son xəbərdarlıq, Yəməndən çıxın" və "Amerika getməlidir, İngiltərə isə işğalçıdır" şüarlarını səsləndiriblər.

Səada valisi həmçinin vurğulayıb ki, Yəmən xalqı Ənsarullah liderinin bayrağı altında xarici dövlətlərin himayəsindən qurtulmaq üçün öz hərəkətlərini davam etdirəcək.