Müsəlman dünyasının birliyi üçün əsrlər boyu fərqli təkliflər və konsepsiyalar irəli sürülüb. Onlardan biri də Məhəmməd Peyğəmbərin (s) mövlud günləri ərəfəsində qeyd edilən vəhdət həftəsidir.
Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 15-dir. Bu ayın 12 və 17-si günləri müsəlman tarixçilərinin fərqli fikirlərinə görə Məhəmməd Peyğəmbərin (s) mövlud günlərinə təsadüf edir. Artıq 30 ilə yaxındır ki, bu iki günün yer aldığı həftədə müsəlman dünyasının birliyinə çağıran mərasim və tədbirlər keçirilir. Bu günün müasir dövrdə müsəlman dünyası üçün zərurəti nədən ibarətdir?!
Təbii ki, İslam dünyasının birliyi deyəndə bütün fiqhi və kəlami məzhəb və məktəblərin fərqli fikirlərinin kənara qoyulması və vahid, dəyişməz fikrin üzərində cəmləşməsi mənasında deyil. Bu əqli və məntiqi cəhətdən də qeyri mümkündür, həm də elmi inkişafın qarşısını almaq anlamına da gələ bilər. Buna görə İslam dünyasının vəhdəti ilə bağlı təklif irəli sürüləndə “yaxınlaşma” konsepsiyası ilk növbədə ağıla batan görünür. Məhz buna görə hazırda İslam dünyasında məzhəblərin yaxınlaşmasına xidmət göstərən fərqli təşkilat və cəmiyyətlər mövcuddur.
Məlumdur ki, İslam dinində mövcud məzhəb və məktəblərin ən tanınmışlarının ortaq cəhətləri ixtilaflı cəhətlərindən qat-qat artıqdır. Bu məsələ təbii ki, yaxınlaşma konsepsiyasının icrasını asanlaşdırır.
Qurani-Kərimdə İslamla Xristianlıq dini arasında müştərək cəhətlərin önəmsənilməsi məsələsi yer alıb. Ali-İmran surəsinin 64-cü ayəsində belə buyurulur:
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq”
Göründüyü kimi Allah kəlamı müştərək cəhətlərin üzərində köklənmək və fərqli cəhətlərdən imkan daxilində yayınmağa çağırır. Bu vəhdətə zəmanət verən yaxınlaşmanın ilkin şərtidir.
İkinci addım isə, təfriqə salanların planlarından agah olmaq, bu işi bilərəkdən edənlərlə, fitnəkar çağırışlara uyanları ayırd etmək və onlarla fərqli davranmaq bacarığıdır.
İmam Əli (ə) Nəhrəvan döyüşündən qayıdandan sonra, tərəfdarlarının, xəvariclərin yerdə qalan qüvvələrini təqib etdiyini görür və belə buyurur:
“Məndən sonra xəvariclə savaşa girməyin. Çünki haqqın ardıyca getdiyini sanıb səhv edənlərlə, azğınlığı niyyət edib ona çatanlar eyni deyillər.”
Nəhcül-bəlağə əsərində gələn bu möhtəşəm kəlamdan aydın olur ki, İslam dünyasında təfriqə salmaq istəyənlər ya batil niyyətli olur ya da haqq niyyətli. İmam burada demək istəyir ki, batil niyyətlilərlə savaşın, lakin niyyətində haqqa çatmağı tutan, amma yolunu səhv gedənlərlə birinci ilə müqayisədə daha yumşaq davranın.
Deyilən kəlamları müasir dövrümüzə tətbiq edəndə onların heç birinin İslam cəmiyyətləri tərəfindən lazımi şəkildə riayət edilmədiyinin şahidi oluruq. Məlumdur ki, İslam coğrafiyasında cari münaqişələrin bir çoxu müsəlmanlar arasında baş verir. Bu da məlumdur ki, münaqişələrin yaranması və onların davamiyyəti üçün təhrik edənlər müsəlman aləminə aid olan qüvvələr deyil. Bu gün Yəmən münaqişəsinin, Suriya, Liviya, Əfqanıstan və sair münaqişələrin baş verməsində Qərbin müdaxiləsi göründüyü kimi, qeyd edilən münaqişələrin həlli istiqamətində təklif kimi ortaya atılan təşəbbüslər də Qərb tərəfindəndir. Bu o deməkdir ki, müsəlman dünyası təşəbbüsü özü əlinə almalı və özü öz taleyini həll edə biləcək müstəvisinə gəlib çatmalıdır.
Vəhdət həftəsi: İslam dünyasının hər zamandan daha çox möhtac olduğu konsepsiya