Fələstin müsəlmanlar üçün qırmızı xəttdir və biz Tramp planını qətiyyətlə pisləyirik

Məhəmməd Sadiq Cəfəri “Trampın Sülh Planı” mövzusunda çıxışında Fələstinin İslam ümməti üçün qırmızı xətt olduğunu və məzlum Fələstin xalqının hüquqlarına hər hansı güzəştin qəbuledilməz olduğunu vurğulayıb.

Pakistan Müsəlman Liqası Assambleyası tərəfindən Kəraçidə möhtəşəm etiraz aksiyası keçirilib. İştirakçılar “Əsrin sövdələşməsi” kimi tanınan planı və Tramp administrasiyasının siyasətlərini pisləyərək, Pakistan xalqının və İslam ümmətinin məzlum Fələstin xalqına dəstəyindən heç vaxt vaz keçməyəcəyini və Fələstin məsələsinin İslam dünyası üçün qırmızı xətt olaraq qaldığını vurğulayıblar.

Mərasimdə Pakistan Müsəlman Liqasının Assambleyasının yüksək səviyyəli üzvü Höccətül-İslam Məhəmməd Sadiq Cəfəri ABŞ-ın düşmənçilik siyasətləri və sionist rejimin Qəzza xalqına zülmünə toxunaraq deyib: “Fələstin müqaviməti təcavüzə qarşı qanuni özünümüdafiə hüququndan istifadə edərkən, sionist rejim Qəzzaya və İordan çayının qərb sahilinə dəfələrlə hücumlar edərək məzlum Fələstin xalqına qarşı açıq-aşkar cinayətlər törədir. Qərb ölkələri və ABŞ İslami sülhün tərəfdarı deyillər. Vaşinqtondan gələn hər hansı birtərəfli sülh planını rədd edilməlidir.

Fələstin zəmanəmizin Kərbəlasıdır və müqavimət şəhidləri dünyaya açıq bir mesaj verdilər ki, Netanyahu hər dəfə Fələstin xalqının əleyhinə danışanda, bu, onun məğlubiyyətinin əlamətidir. Qəzza Fələstinin döyünən ürəyidir və heç vaxt dayanmayacaq."

Tədbirdə çıxış edən digər natiqlər də sionist rejimin “Sumud” adlı qlobal donanmanın fəaliyyətini dayandırmasını və senator Müstək Əhməd də daxil olmaqla 150-dən çox mülki fəalın həbsini pisləyib və onların dərhal azadlığa buraxılmasını istəyiblər.

Mərasimin sonunda iştirakçılar ABŞ və İsrailin siyasətlərinə etiraz edərək, bu iki rejimin bayraqlarını yandırıblar. Toplananlar vurğuladılar ki, Fələstin xalqı müqavimət yolunda təkbaşına dayanmayacaq və İslam ümməti ədalət tam bərqərar olana və işğala son qoyulana qədər Fələstin xalqının azadlıq və öz müqəddəratını təyinetmə haqqını dəstəkləyəcək.