Ukrayna Türkiyə və BMT-yə “taxıl sazişi”nin uzadılmasını təklif edəcək

Ukrayna hökuməti bu həftə Türkiyə və BMT-yə “taxıl sazişi”ni azı 1 il uzatmağı təklif edəcək.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

“Bu həftə sazişin müddətinin uzadılması üzərində işləmək zərurəti ilə bağlı rəsmi təklif verəcəyik”, - o bildirib.

Y.Vaskovun sözlərinə görə, “taxıl sazişi”nin 120 gün deyil, azı 1 il müddətinə uzadılması təklif ediləcək, çünki Ukrayna və qlobal kənd təsərrüfatı bazarları uzunmüddətli perspektivdə ixrac həcmlərini planlaşdıra bilməlidir.

Lakin o, bununla bağlı danışıqların vaxtının müəyyən edilmədiyini bildirib.