Rumıniyanın Konstansa liman idarəsindən verilən açıqlamaya görə, bu ilin ilk altı ayında buradan keçən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz artımla 15,25 milyon metrik ton taxıl keçib. Bu məbləğin 7,5 milyon tonu Ukrayna taxılının payına düşüb.
Rusiya Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxdıqdan sonra Ukraynanın taxıl daşınması üçün əsas alternativ marşrut Rumıniyanın Konstansa limanı kimi diqqəti çəkir. O, nəinki müqavilədən çıxmaqla yanaşı, Rusiya Ukrayna limanlarına gedən bütün gəmilərin hərbi gəmi hesab ediləcəyi ilə hədələyib.
Konstansa Liman Operatorları Assosiasiyasının prezidenti Viorel Panait bildirib ki, Konstana limanı avqustun ortalarına qədər əlavə yükləri götürmək imkanına malikdir.
Prezident Panait həmçinin operatorların imkanlarını artırmağa çalışdıqlarını bildirdi.
Hələ Moskva müqavilədən çıxmazdan əvvəl də Konstansa limanı alternativ gəmiçilik marşrutu kimi seçilirdi. Müharibə başlayandan bəri Ukraynanın taxıl ixracının təxminən üçdə biri Konstansadan gəlirdi.
Digər tərəfdən, ekspertlərin fikrincə, Macarıstan və Serbiya kimi dənizə çıxışı olmayan qonşular taxıl ixracı həyata keçirdikcə Konstansaya tranzit təzyiqi artacaq.
Konstanta Liman İdarəsindən Reuters-ə verilən açıqlamaya görə, bu ilin ilk altı ayında bu limandan 15,25 milyon metrik ton taxıl keçib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Bu məbləğin 7,5 milyon tonu Ukrayna taxılının payına düşüb.
Rumıniya liman operatorları isə bütün 2022-ci ildə 8,6 milyon ton Ukrayna taxılını daşıyıblar. Panait Reuters agentliyinə bildirib ki, yerli taxıl yığımının ləngiməsi və bəzi rumıniyalı fermerlərin məhsullarını aşağı qiymətə satmaq istəməməsi avqustun ortalarına qədər Ukrayna taxılı üçün gücün “mövcud olacağı” deməkdir.
“Rumıniyada məhsul Ukraynadan bir qədər gec başlayır ki, bu da iki məhsul arasında vaxt fərqi yaradır”. "Bəzi rumıniyalı fermerlər hələ də məhsullarını saxlayırlar, ona görə də satışlar hazırda ləngdir. Bu, Ukraynanın faydalana biləcəyi logistik imkan yaradır"- Panait bildirib.
Panait həmçinin bəyan edib ki, taxıl terminalı operatorları müharibənin əvvəli ilə müqayisədə əməliyyat qabiliyyətini artırmaq üçün avadanlıqlarını və idarəetmə sərmayələrini artırıblar.
Konstana indiyədək ən yüksək həddə ildə 25 milyon ton taxıl emal edib ki, Panait 2023-cü ildə bu rəqəmi keçəcəyini təxmin edir.
Rumıniya rəsmisi sözlərini belə davam etdirib: "Sürətləndirilmiş marşrut var və bu marşrutdakı hər kəs, yəni hökumət, liman rəhbərliyi və liman operatorları əməliyyat və tranzit sürətlərini və taxıl miqdarını artırmağı hədəfləyir."
Bundan əlavə, Panait bəyan edib ki, bəzi liman operatorları rəqəmsal sistemdən istifadə edir ki, bu da gömrük bəyannamələrinin işlənməsi üçün tələb olunan vaxtı 48 saatdan 30 dəqiqəyə qədər azaldır.
Rəsmi həmçinin Ukraynanın Dunaydakı Reni və İzmail limanlarında tutumunu artırdığını, Ukrayna-Rumıniya sərhəd keçid məntəqəsi Vadul Siret-Dornestidə yeni yükləmə sistemi üçün vaqon operatorları ilə danışıqların aparıldığını da bildirib.
Ukrayna və Rusiya dünyanın iki ən mühüm taxıl ixracatçısı olduğu halda, Rumıniya Avropa İttifaqının ən böyük taxıl istehsalçısı ölkələrindən biridir.
Ukrayna taxıl daşınması üçün alternativ yol kimi Rumıniyanın Konstansa limanına üz tutur