Türkiyədə prezident seçkiləri təxirə salınmayacaq

Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident seçkiləri təxirə salınmayacaq.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib.

“Yaxşı bilin ki, İnşallah, bu xalq mayın 14-də lazım olanı edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.