Somalidə əl-Şəbab qruplaşmasının 41 üzvü zərərsizləşdirilib

Somalinin Mərkəzi Şabelle bölgəsində əl-Şəbab terror təşkilatının 41 üzvü məhv edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Somali Xəbər Agentliyi Twitter hesabında məlumat yayıb.

Somali Xəbər Agentliyi "Milli Kəşfiyyat və Təhlükəsizlik Xidməti”nə istinadən yazıb ki, milli ordu, yerli əhali və beynəlxalq təhlükəsizlik tərəfdaşlarla birgə həyata keçirilən əməliyyatda xaricdən daxil olmuş 41 terrorçu zərərsizləşdirilib.

Agentliyin məlumatına görə, Somali qüvvələrinin birgə hərbi əməliyyatı Mərkəzi Şabelle əyalətinin Mahdai qəsəbəsində, yenidən hücuma keçmək istəyən terrorçuarın topalntısını hədəfə alıb.