Şəhid Seyid Haşim Safiəddin Hizbullahın ikinci komandiri və hərəkatın ali liderlərindən biri idi.
Seyid Haşim 1964-cü ildə Cənubi Livanın Deyr Qanun ən-Nəhr qəsəbəsində tanınmış şiə ailəsində anadan olur. Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın əmisi oğlu Safiəddin həmişə Nəsrullahın yanında olub. O, İraq və İrandakı mədrəsələrdə təhsilini davam etdirərək, Hizbullaha qoşulub və yüksək vəzifələr tutub.
Safiəddin ailəsi 1960-1970-ci illərdə parlamentin üzvü olmuş Məhəmməd Səfiəddin kimi görkəmli şiə alimləri və siyasətçiləri yetişdirib. 1983-cü ildə Seyid Haşim Livanın Şiə İslam Şurasının Qanunvericilik Şurasının üzvü Məhəmməd Əli əl-Əminin qızı ilə evlənib. Onun qardaşı Abdulla Səfiəddin Hizbullahın İrandakı nümayəndəsi idi.
Müqavimətdə siyasi və hərbi təcrübə
Seyid Haşim 1980-ci illərdə İranın Qum Elimi hövzəsinə tədris üçün gedir. Lakin Nəsrullah Livana qayıdıb Hizbullahı qurduqdan sonra 1994-cü ildə geri çağırır və ona siyasi və hərbi vəzifələr verilir. Qumdan qayıtdıqdan sonra o, Hizbullahın İcraiyyə Şurasına sədrlik edir, daxili siyasətin həyata keçirilməsinə və təşkilatın inzibati strukturunun inkişafına cavabdeh olur.
Seyid Haşim 33 günlük müharibədən sonra cənub Beyrutun yenidən qurulmasına cavabdeh olur. Bu müharibə zamanı sionist rejim bölgədəki infrastrukturu böyük ölçüdə məhv edir. Bununla belə, Səfiəddin 2012-ci ildə etdiyi çıxışında Livanın müharibədən sonra yenidən qurulmasının sionist rejimə qarşı yeni qələbə olduğunu bildirir.
Şəhid Safiəddin Hizbullahın ikinci komandiri olaraq həm siyasi, həm də hərbi sahədə fəal olur. Müqavimətin sözçüsü kimi o, müqavimətin Livan və regiondakı müxtəlif çağırışlarla bağlı mövqeyini və baxışlarını açıqlayır.
7 oktyabr 2023-cü ildən sonra Fələstinə dəstək
2017-ci ildə Seyid Haşim Safiəddini "terrorçular" siyahısına salan ABŞ 2018-ci ildə də ona qarşı sanksiyalar tətbiq edir. Sionist rejimin 2023-cü il oktyabrın 7-dən sonra həyata keçirdiyi hücumlardan sonra dünya məzlum xalqın fəryadına cavab verəcək liderinə çevrilir.
Vəzifə və məsuliyyətlər
1994-cü ildə o, Hizbullahın Beyrut bölgəsinə rəhbər təyin edilir.
1995-ci ildə Müqavimət Şurasına sədrlik edir.
1998-ci ildə Hizbullah Rəhbərlik Şurasının üzvü olur.
1998-ci ildə Hizbullahın ikinci komandirinə çevrilərək İcraiyyə Şurasının rəhbəri vəzifəsinə yüksəlir.
O, Cihad Şurasının sədri vəzifəsini icra edir.
2010-cu ilin noyabr ayında Cənub Bölgəsi Hərbi Komandanlığına təyin olunur.
Şəhidlik və müqavimət düşüncələri
Sionist rejim 8 oktyabr 2024-cü ildə Seyid Haşim Səfiəddinin öldürüldüyünü elan edir. Hizbullah 23 oktyabr 2024-cü ildə şəhadətini rəsmən elan edir.
Səfiəddin təkcə Fələstin davasına siyasi dəstək verməklə kifayətlənmədi, eyni zamanda müqavimət qrupları ilə daimi koordinasiyanı davam etdirdi və Livan, Suriya, İraq və Yəməndəki müqavimət cəbhələrini birləşdirməyə çalışdı. İstənilən müharibənin bütün müqavimət oxuna qarşı müharibə olduğunu vurğulayan o, müqavimətə hərbi gücdən kənar bir layihə kimi baxdı.
Şəhid Haşim Səfiəddin-Hizbullahın unudulmaz hərbi komandiri və siyasətçisi