Saatlı və Sabirabad rayonlarında pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri üçün maarifləndirici təlim keçirilib.
Gununsesi.info xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanovun rəhbərliyi ilə baş tutan təlimdə pambıq sovkasına qarşı aparılan mübarizə tədbirlərinin hazırkı vəziyyəti, uçot-müşahidə işlərinin aparılması, sirayətlənmə dərəcəsinin müəyyən edilməsi, İqtisadi Ziyanvurma Həddi (İZH) anlayışının tətbiqi, sahələrdə aparılan mübarizə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı əyani məşğələlərin keçirilməsi və pestisidlərin tətbiqindən sonra əkin sahələrinin kənarlarına xəbərdaredici nişanların qoyulması kimi məsələlər müzakirə olunub.
Təlimdə Saatlı və Sabirabad rayonlarının kənd təsərrüfatı idarələrinin və “Aqrolizinq” ASC-nin mütəxəssisləri, fermerlər, təsərrüfat subyektlərinin rəhbərləri və yerli mütəxəssislər iştirak ediblər.
Tədbirin sonunda iştirakçılara həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq tövsiyələr verilib, pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər, bukletlər təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Pambıq tarlalarına giriş qadağan edildi
Oxşar xəbərlər