Ruhanidən sərt mesaj: “ABŞ-ı diz çökdürəcəyik”

Hökumətin qorxacağını, istefa verib və çəkiləcəyini düşünənlər səhv edir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün  ölkənin  icraçı direktorları ilə keçirdiyi görüşdə bildirib.

“Bu gün ABŞ-ın hədələri qarşısında üç çıxış yolumuz var.  Birinci yol  ABŞ-a təslim olmaq və Trampın dediyi hər bir şeyi qəbul etməkdir. Heç bir ağıllı, vətənini sevən iranlı təzyiqlər, zülm, yersiz sözlər və təhqirlərlə dolu olan bu çıxış yolunu  qəbul etməz. İkinci çıxış yolu  budur ki, biz ABŞ-a müqavimət göstərək, lakin eyni zamanda ölkə daxilində olan  ixtilaf və davalarımızı da davam etdirək.  Bu İran xalqı üçün, xüsusi ilə cəmiyyətin yoxsul təbəqəsi üçün  ən böyük ziyan vurur.  Üçüncü yol isə budur ki, ABŞ-a təslim olmuruq, izzətimizi qoruyuruq  və ABŞ-ı diz çökdürürük”.

H.Ruhani qeyd edib ki, bu gün iqtisadiyyata dair 4-5 illik xüsusi proqram hazırlanmalıdır:  “Əgər kimsə  hökumətin qorxacağını, istefa verəcəyini  və geri çəkiləcəyini düşünürsə, səhv edir. İşsizlik problemi,  yoxsulluqla mübarizə,  bazar və istehsalın tənzimlənməsi  üçün bu proqramı icra etməliyik. Bu dörd məsələ əsasdır və onları həll edə bilsək, uğur qazanacağıq”.