Ərdoğanın Tehranda Ruhani ilə görüşü başladı

İranın paytaxtı Tehranda keçiriləcək üçtərəli görüş çərçivəsində Tehranda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında görüş baş tutub. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bundan əlavə Türkiyə Prezidentinin İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei və Rusiya prezidenti Vladimir Putin ilə də görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Tehranda bu gün Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq. Görüşün əsas mövzusu Suriya böhranı olacaq.