“Tasnim”-ə istinadən verilən xəbərə əsasən, İran prezidenti Həsən Ruhani bildirib ki, Avropanın sanksiyaların olmasına baxmayaraq İrana maliyyə əməliyyatları keçirməyə imkan verəcək strukturun yaratması nüvə sazişinin saxlanılması istiqamətində atılmış mühüm addımdır.
“İranla maliyyə münasibətlərinin saxlanılması üçün Avropa xüsusi orqan yaradıb. Bu planın həyata keçirilməsi nüvə sazişinin qorunması üçün atılmış mühüm addım oldu.”, - deyə o qeyd edib. Burada söhbət, ABŞ sanksiyalarına baxmayraq, İrana maliyyə əməliyyatları keçirməyə imkan verəcək xüsusi strukturun yardılmasından gedir.
Ruhani bununla belə deyib ki, “(nüvə) sazişinə əsasən, İranın (digər ölkələrlə) iqtisadi əlaqələri adi qaydada həyata keçirilməlidir, buna görə də bu prosesinin istənilən məhdudlaşdırılması razılığın tam yerinə yetirilməməsinin sübutudur”.
O həmçinin bəyan edib ki, “ABŞ qısa müddət ərzində İrana maksimum təzyiq göstərmək istəyir”.
“Onlar bizi sıxmaq niyyətindədirlər ki, bundan ABŞ-ın daxilindəki siyasi problemləri həll etmək üçün istifadə etsinlər.”, - deyə o əlavə edib.
Ruhani Avropanın bu addımını təriflədi

Oxşar xəbərlər