'Azərbaycanın investisiyaları Türkiyənin idxal-ixrac arasında kəsirinin bir hissəsini ödəyəcək''
Türkiyə dövlət idxal-ixrac arasındakı kəsrinin 1.5 milyard dollarını Azərbaycanın investisiyası hesabına ödəyəcək.
“BBC Azərbaycan xidmətinin” məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Böyük Millət Məclisindəki toplantısında danışıb.
Prezident STAR neft emalı zavodunun açlışını ölkəsi üçün kritik bir investisiya hesab etdiyini deyib:
“Bu müəsissə Avropa, Orta Şərq və Şimali Afrika bölgəsindəki ən böyük neft emalı müəssisələrindən biridir”.
R.T.Ərdoğan Azərbaycanı Türkiyənin “qara gün dostu” adlandırıb:
“Ötən həftənin cümə günü Türkiyənin İzmir şəhəri yaxınlığında açılan STAR neft emalı zavodu Azərbaycanın 6.3 milyard dollarlıq investisiyası hesabına başa gəlib. Bununla da Azərbaycanın Türkiyədəki investisiyası 10 milyard dolları keçib və Türkiyənin idxal-ixrac əməliyyatlarındakı fərq 1.5 milyard dollarlıq hissəsi ödəniləcək”.
SOCAR prezidenti Rövnəq Abdullayev CNN Türk akanalına bildirmişdi ki, şirkətin Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi, Azərbaycana da fayda gətirəcək.
Rövnəq Abdullayevin sözlərinə görə, 100 faiz dövlətə məxsus olan şirkətin ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir:
“STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8 mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq”.
Ərdoğan: Azərbaycan Türkiyənin ''qara gün dostudur''

Oxşar xəbərlər