Ərdoğanın andiçmə mərasimində Azərbaycanı o təmsil edəcək

Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

 

İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.

Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.

Report