Ərəb ölkələri ilə Suriya arasında əlaqələr İslam həmrəyliyi yolunda müsbət addımdır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ərəb ölkələri ilə Suriya arasında əlaqələrin son vaxtlarda açılmasını İslam həmrəyliyi istiqamətində müsbət addım kimi qiymətləndirib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ərəb ölkələrinin Suriya ilə əlaqələrindəki son hadisələrə münasibət bildirərək, “Twitter” səhifəsində yazıb: Ərəb ölkələrinin Suriya ilə əlaqələrindəki son proseslər realist olduğu qədər realdır. İslam həmrəyliyinə doğru müsbət addımdır. Realizm və müstəqil milli yanaşma qəbul olunarsa, xarici güclərin istəkləri nəzərə alınmazsa, region ölkələri öz problemlərini dialoq və regional mexanizmlərlə həll edə biləcəklər”.