"Qarabağ" bu gün Bakıda HİK-i qəbul edəcək

“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.

Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.