PSJ “Marsel”i darmadağın edərək onunla liqadakı xal fərqini 8-ə çatdırıb

Futbol üzrə Fransa çempionatının XXV turunda “Marsel” öz meydanında paytaxtın PSJ klubunu qəbul edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, matç qonaqların 3:0 qələbəsi ilə başa çatıb.

Oyunda argentinalı Lionel Messinin ötürməsindən birinci qolu Mbappe hesabı açıb. Qoldan 4 dəqiqə sonra bu cütlük növbəti dəfə rəqibin torunu silkələyib. Bu dəfə Mbappenin ötürməsindən sonra argentinalı futbolçu fərqlənib.

Matçın ikinci hissəsində fransız-argentinalı ikilisi hesabdakı üstünlüyü darmadağın həddinə çatdırıb.

Beləliklə, Kristofer Qaltyenin yetirmələri 60-cı xallarını qazanaraq ən yaxın izləyiçi “Marsel”i 8 xal geridə qoyublar.