Medvedyev əmindir ki, Rusiya pensiya yaşının artırılması üçün şəraiti çoxdan yaradıb
Rusiya baş naziri Dmitri Medvedyev 2019-cu ildən etibarən ölkədə pensiya yaşının artırılacağını elan edib. "RİA Novosti"yə istinadən xəbər verilir ki, baş nazir bunu Nazirlər Kabinetinin iclası zamanı bildirib.
O, vurğulayıb ki, hökumət təqaüdə çıxma yaşını mərhələli şəkildə qaldırmaq niyyətindədir. Kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün isə 63-ə qaldırılacaq. Bəzi vətəndaşlar üçün mövcud pensiya güzəştləri isə saxlanılacaq.
"Uzunmüddətli keçid vaxtı nəzərdə tutulur. Proses 2019-cu ildən başlayacaq. Belə ki, kişilərin 65 yaşda pensiyaya çıxma prosesi 2028, qadınların isə 63 yaşda təqaüdə çıxması prosesi 2034-cü ildə başa çatacaq" — deyə baş nazir qeyd edib.
Medvedyev əmindir ki, Rusiya pensiya yaşının artırılması üçün şəraiti çoxdan yaradıb. Ona görə də bu dəyişikliklər çoxdan baş tutmalı idi.
Pensiya yaşı artırılır - Rusiyada

Oxşar xəbərlər