2019-cu il yanvarın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1548.9 min nəfər olub.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, ilkin məlumatlara əsasən, ötən illə müqayisədə 1.6 faiz çoxdur.
DSK vurğulayır ki, 2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı isə əvvəlki ilə nisbətən 3 faiz artaraq 544.1 manat olub.
Bu, 2019-cu ildə pensiyaların 3 faiz artacağı anlamına gəlir. Prezident İlham Əliyev fevralın 7-də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.
Bundan əlavə, nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.
Ötən 2018-ci ildə isə pensiyalar 6 faizə yaxın artmışdı. 2018-ci ilə qədər isə pensiyalar inflyasiyaya uyğun indeksləşdirilib.
Azadlıq Radiosu
Pensiya artımının məbləği bilinib
Oxşar xəbərlər