Pakistanda polislərə qarşı terror: Çox sayda ölü və yaralı

Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində 9 polis əməkdaşı həyatını itirib, daha 11-i isə yaralanıb.

Bildirilib ki, terrorçu-kamikadze Kaççi və Sibi rayonlarını birləşdirən Bolan körpüsü üzərində hüquq-mühafizə əməkdaşlarının maşınına hücum edib.

Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, son zamanlar Pakistanda, o cümlədən də Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində terror aktlarının sayı artmaqdadır.

Ölkə rəhbərliyi hücumlar məsuliyyətini “Pakistan Taliban Hərəkatında” (PTH) görür.

Qonşu Əfqanıstan rəhbərliyi isə PTH terror aktlarına görə məsuliyyət daşımadıqlarını bəyan edirlər.

Xatırladaq ki, 30 yanvarda Pakistanda Pişəvər şəhərində məscidə edilən hücum zamaı 102 nəfər dünyasını dəyişmişdi.