Pakistanda Çinə məxsus limana hücum edilib, ölənlər var

Pakistan rəsmiləri çərşənbə günü bildiriblər ki, ağır silahlanmış bir qrup “terrorçu” Çinin idarə etdiyi limanın yerləşdiyi Qvadar şəhərinin cənub-qərbində hökumət binasına basqın edib, əksəriyyəti təhlükəsizlik işçiləri olan 6 nəfər həlak olub.

Yüksək rütbəli təhlükəsizlik rəsmisi Amerikanın Səsinə bildirib ki, Pakistan qüvvələri “sürətlə döyüşə girib” və “bütün yeddi hücumçunu” öldürüb. Məmur media ilə əlaqə saxlamaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyib.

Qadağan edilmiş Bəluc Azadlıq Ordusu və ya BLA mülki və təhlükəsizliklə əlaqəli ofislərin yerləşdiyi Qvadar Liman İdarəsi kompleksinə günortadan sonra həyata keçirilən hücumun məsuliyyətni üzərinə götürüb.

Jurnalistlərə göndərilən açıqlamada ABŞ tərəfindən qlobal terror təşkilatı kimi tanınan qrup hücumu özünün sözdə intihar dəstəsi olan Məcid Briqadasının üzvlərinin həyata keçirdiyini iddia edib. Daha ətraflı məlumat paylaşılmayıb.

Təhlükəsizlik rəsmisi Amerikanın Səsinə deyib: "Hücum maşına bomba yerləşdirilməsi ilə başlayıb, lakin Allaha şükür ki, partlış olmayıb. Əl qumbaraları, reaktiv yaylım atəşi sistemləri və avtomatik hücum tüfəngləri daşıyan üsyançılar daha sonra binaya basqın edib.

Sakinlər və şahidlər bir neçə partlayışın, ardınca isə davamlı atışmaların olduğunu bildiriblər.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin limanındakı dərin sulu Qvadar limanı Ərəb dənizində əsas neftdaşıma marşrutu olan Hörmüz boğazının yaxınlığında yerləşir. Çin limanı inşa edib və birbaşa idarə edir. Bu, Çin-Pakistan İqtisadi Dəhlizi və ya CPEC kimi tanınan çoxmilyardlarla dollarlıq ikitərəfli əməkdaşlığın mərkəzi, Pekinin qlobal bir Kəmər və Yol Təşəbbüsü, infrastruktur layihəsinin davamıdır.

İkitərəfli öhdəlik son on il ərzində yol şəbəkələrinin, elektrik stansiyalarının və Qvadar da daxil olmaqla, digər infrastruktur layihələrinin tikintisinə 25 milyard dollardan çox Çin investisiyası gətirib.

Üsyançılar Pakistanda CPEC və digər layihələrdə çalışan Çin vətəndaşlarına da hücum edərək, son illərdə onlardan bir neçəsini öldürüblər. Keçən avqust ayında Bəluc üsyançıları Qvadarda 23 çinli mühəndisdən ibarət karvanı onlara atəş açmazdan əvvəl yol kənarında yerləşdirilmiş bomba ilə pusquya salmışdılar, lakin heç bir əcnəbi zərər çəkməmişdi. BLA bu hücuma görə də məsuliyyəti üzərinə götürmüşdü.

Bundan əlavə, Çin sahil şəhərində beynəlxalq hava limanı tikir. Pakistan rəsmiləri onun bu ilin sonunda açılışının gözlənildiyini bildirir.

 

Amerikanın Səsi