“Oman öz hava məkanını İsrailə açmaq qərarına yenidən baxmalıdır”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi fevralın 23-də Omanın hava məkanının bu rejimin hava yolları üçün açılmasına qərar verdiyini elan etdikdən sonra Oman müftisi bu qərara yenidən baxılmasını istəyib. Oman müftisi Əhməd bin Həməd əl-Xəlili Oman administrasiyasını hava məkanını İsrail rejiminə açmaq qərarına yenidən baxmağa çağırıb.

Oman Müftisi Həlili sosial media hesabından ölkəsinin hava məkanını İsrail rejiminə açmaq qərarı ilə bağlı verdiyi yazılı açıqlamada, “Heç vaxt ağlımıza belə gətirməyəcəyimiz bu sürpriz bizi təəccübləndirdi. İsraillə əlaqələr qurmaqdan imtina edən Oman rəhbərliyinin qətiyyətli mövqeyi davam etməlidir. Biz İsrailə hava məkanının açılması kimi digər addımların da atılmasından narahatıq”. Halili Oman rəhbərliyini qərarı nəzərdən keçirməyə çağırıb və bunun milli tələb olduğunu bildirib.

İsrail rejimi ilə bəzi ərəb ölkələri arasında normallaşma davam edərkən, İsrailin xarici işlər naziri Eli Koen Körfəz ölkəsi Omanın öz hava məkanını bu rejim təyyarələri üçün açdığını elan edib. Qərarın ABŞ-ın vasitəçiliyi ilə alındığını bildirən Koen, "Bu, İsrail iqtisadiyyatı və İsrailli turistlər üçün əhəmiyyətli və tarixi bir qərardır. Bu qərarla İsraildən Asiyaya səyahət müddəti qısalacaq və uçuş xərcləri azalacaq" deyib.