Ənsarullahın raketi İsraili hədəf aldı

Sionist İsrailin Qəzza zolağına hücumlarından sonra Qırmızı dəniz və Ədən körfəzində ticarət və hərbi gəmiləri hədəfə almağa başlayan Yəmənin Ənsarullah Hərəkatının atdığı qanadlı raket ilk dəfə İsrail ərazisinə düşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejim Müdafiə Qüvvələrinin (IDF) verdiyi bəyanatda Ənsarullahın atdığı raketin İsrailin cənubunda Əqabə körfəzindəki Eylat şəhəri yaxınlığındakı boş yerə düşdüyü və hücum nəticəsində ölən və yaralanan olmadığı bildirilib. Açıqlamada qanadlı raketin Hərbi Hava Qüvvələri tərəfindən təqib edildiyi bildirilib.