Norveçdə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib

Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib. Hadisə gecə saatlarında səfirliyin konsulluq bölməsinin giriş hissəsi yaxınlığında qeydə alınıb.

Norwegian Police Service bildirib ki, partlayış nəticəsində binaya müəyyən ziyan dəyib, lakin xəsarət alan olmayıb.

CNN bu barədə məlumat yayıb.

Hadisədən sonra səfirliyin ətrafı polis tərəfindən mühasirəyə alınıb və ərazidə geniş axtarış tədbirləri həyata keçirilir. Partlayışın səbəbi və hadisəni törədən şəxslərlə bağlı araşdırma davam edir.