Əli İnsanov vəkilinin də açıqlama verməsini istəmir
Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Əhməd İnsanov dekabrın 24-də vəfat edib. Ancaq Əli İnsanov qardaşının yas mərasimində iştirak üçün müvafiq dövlət qurumlarına müraciət etməyəcək. Çünki bundan əvvəl də nazir qardaş və bacısının dəfn mərasiminə buraxılmayıb.
Bu barədə sabiq nazirin yaxınları Meydan TV-yə bildiriblər.
Onların sözlərinə görə, Əli İnsanov vəkilinə də məsələ ilə bağlı açıqlama verməməsini məsləhət görüb.
Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib. Bu cəzanın bitməsinə 56 gün qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Bu dəfə keçmiş nazir saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərman saxlama, Penitensiar Xidmətin mayorunu döyüb, ona kəllə-beyin travması yetirmə kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona 7 il 5 gün həbs cəzası kəsilib.
Əli İnsanov ittihamların saxta olduğunu bildirir. Hesab edir ki, şəxsən İlham Əliyevin sifarişi ilə barəsində qondarma ittihamlarla cinayət işi başlanıb. Məqsəd isə onun həbsdən çıxmasına imkan verməməkdir.
Sabiq nazir qardaşının dəfnində iştirak etmək üçün müraciət etməyəcək

Oxşar xəbərlər