Makron xalqa müraciət edəcək

Dekabrın 10-da Fransa prezidenti Emanuel Makron xalqa müraciət edəcək. 
 
O və administrasiyası antihökumət etirazlarını, dörd həftədən çoxdur ölkəni bürümüş zorakılıq dalğasını yatırtmağa çalışır.
 
Makronun idarəsi onun axşam saat 8-də Yelisey Sarayında çıxış edəcəyini bildirib. Bu, nümayişlər başlanandan prezidentin ictimaiyyət qarşısında ilk çıxışıdır.
 
Prezidentin dizel yanacağına vergini artırmaq qərarı etirazlar yaradıb. O, qərarın icrasını ertələsə də, etirazlar səngimək bilmir.
 
Hökumətin sözçüsü Benjamin Qriveauks deyib ki, "Makronun fransızların ürəklərinə yol tapa biləcəyindən əmindir”.
 
Ancaq sözçü həmçinin xəbərdarlıq edib ki, "sarı jiletlilər” kimi tanınan etirazçıların bütün tələblərini təmin etməyə "sehrli çubuq” yoxdur.
 
Makron çıxışından öncə həmkarlar ittifaqları və şirkət liderləri ilə görüşməlidir.
 
Maliyyə naziri Bruno Le Maire etirazları və zorakılığı ölkə iqtisadiyyatı üçün "fəlakət” adlandırıb.
 
Mənbə: Azadıq Radiosu