Bu gündən Milli Məclisdə büdcə müzakirələri başlayır

Bu gün – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.
 
Modern.az-ın məlumatına görə, iclasının gündəliyinə 11 məsələ daxildir.
 
Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələridir.
 
Həmçinin iclasda "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi (ikinci oxunuş), "Notariat haqqında" qanununun layihəsi də müzakirə olunacaq.
 
2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq.
 
Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.
 
Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.