Milli Məclisin plenar iclasının gündəliyi dəyişib

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
 
Bu barədə "Report” xəbər verib.
 
Xəbərdə deyilir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
 
O.Əsədov bildirib ki, gündəliyə 38 mıəsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: "Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.