Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan beynəlxalq axtarışa verilib.
Trend-in Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Arutyunyan barədə hələ İnterpol xətti ilə deyil, dövlətlərarasır axtarış elan edilib.
Keçmiş nazir 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.
O, iyul ayının əvvəllərində ölkədaxili axtarışa verilmişdi
Jurnalistlərin sabiq nazirin Rusiyada olduğu barədə qeydinə toxunan polis rəisi hüquq-mühafizə orqanlarının bu barədə KİV-dən daha çox bilmədiklərini deyib.
Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa verildi
Oxşar xəbərlər