Mövsümü xalsız başa vurdular

“Şeffild Uensdey” klubu İngiltərə Çempionşipinin 46-cı turunda “Vest Bromviç Albion” üzərində 2:1 hesablı qələbə qazanaraq mövsümü xalsız başa vurub.

Daha əvvəl maliyyə feyr-pley qaydalarını pozduğuna görə komandanın hesabından 18 xal silinmişdi. Dekabrın əvvəlində aşağı liqa təmsilçisinin xallarının sayı -10, son turadək isə -3 idi. Mövsümün sonuncu oyununda qazanılan qələbə sayəsində Şeffild təmsilçisi mənfi xallardan xilas olub.

Bu nəticə İngiltərə Futbol Liqası (Çempionşip, Liqa 1 və Liqa 2) tarixində ən zəif göstəricilərdən biri kimi qeydə alınıb.

Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərə çempionatının dördqat qalibi, ölkə kubokunun üçqat sahibi, həmçinin Liqa kubokunun qalibidir.