ABŞ Administrasiyası İranla mümkün razılaşma üzrə danışıqların uğurla yekunlaşa biləcəyinə dair məlumat əldə olunana qədər Hörmüz boğazından gəmilərin müşayiətini nəzərdə tutan “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O qeyd edib ki, ABŞ-a bu addımla bağlı Pakistan və digər ölkələr tərəfindən müraciət ünvanlanıb.
“Tam blokada qüvvədə qalsa da, qarşılıqlı razılığa gəldik ki, “Azadlıq Layihəsi” əməliyyatı (Hörmüz boğazından gəmilərin keçidi) qısa müddətə dayandırılsın ki, danışıqların tamamlanıb-tamamlanmayacağını və razılaşmanın imzalanıb-imzalanmayacağını görə bilək”, –Tramp bildirib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Hörmüz boğazında ilişib qalan gəmiləri müşayiət etmək üçün "Azadlıq Layihəsi" əməliyyatına başlayacağını elan etmişdi. Bunun üçün o, təxminən 15 min ABŞ hərbçisi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə göndəriləcəkdi.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat vermişdi.
"ABŞ-ın "Azadlıq Layihəsi"nə hərbi dəstəyi idarə olunan raket esminesi, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15000 əsgəri əhatə edəcək", - məlumatda deyilirdi.
Beşikdə boğulan arzu - ABŞ “Azadlıq Layihəsi”ni dayandırır