İran rəsmiləri Hörmüz boğazını bağlı saxlamağa davam edərkən, Yəmənin Ənsarullah Hərəkatının da Bab əl-Məndəb boğazını nəqliyyat üçün bağlayacağı açıqlanıb.
İranlı millət vəkili və İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Həzrian Yəmən Silahlı Qüvvələrinin bu yaxınlarda Bab əl-Məndəb boğazını bağlamaq üçün təlimlər keçirdiyini və onun bağlanması üçün hazırlıqların başa çatdığını bildirib.
İranın Hörmüz boğazına davamlı nəzarəti və Ənsarullahın Bab əl-Məndəb boğazını bağlamaq üçün hazırlıqları qlobal bazarlarda ciddi narahatlıq doğurub.
Dünya neft ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi bu iki strateji keçidin eyni vaxtda bağlanması ehtimalı enerji təchizatı təhlükəsizliyini təhdid edir.
Mütəxəssislərin fikrincə, bu vəziyyət neft qiymətlərinin kəskin artmasına və qlobal təchizat zəncirlərində ciddi pozuntulara səbəb ola bilər.
Bundan əlavə, Asiya ilə Avropa arasında dəniz ticarətinin demək olar ki, dayanması qlobal logistika böhranına səbəb ola bilər.
Hörmüzdən sonra Yəmən müqavməti Bab əl-Məndəb boğazını bağlayacağını bildirib