Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
İttihama görə, Çingiz Cəlilov “Bank Standart”ın idarə heyyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər. Ç.Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
S.Kirman və Ç.Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib. S.Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Ç.Cəlilov isə həbs olunub.
“Çudo Peçka”nın rəhbərinə 12 il həbs cəzası verildi

Oxşar xəbərlər