Türkiyə Ədliyyə Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun İnterpol vasitəsilə "qırmızı bülleten"lə beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.
Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Nazirin sözlərinə görə, bu tələb "Sumud" humanitar donanması işi üzrə təhqiqat çərçivəsində İstanbul 11-ci Ağır Cəza Məhkəməsinin 14 iyul 2026-cı il tarixində Netanyahu barəsində çıxardığı həbs qətimkan tədbiri ilə bağlıdır.
İsrailin baş naziri Türkiyədə xüsusilə bəşəriyyətə qarşı cinayətlərdə və soyqırımda ittiham olunur. İş çərçivəsində, həmçinin qanunsuz azadlıqdan məhrumetmə, qəddar rəftar, sağlamlığa zərər vurma, soyğunçuluq və nəqliyyat vasitələrinin saxlanılması kimi ağır ittihamlar yer alır.
Akın Gürlek Türkiyənin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq mövcud olan bütün hüquqi mexanizmlərdən istifadə etmək əzmində olduğunu vurğulayıb:
"Biz Qəzzada törədilən cinayətlərin ört-basdır edilməsinə və təqsirkarların cəzasızlıq qalxanı ilə qorunmasına icazə verməyəcəyik", – deyə nazir bəyan edib.
Türkiyə Netanyahu üçün İNTERPOL-a müraciət etdi