Netanyahu: Suriyada Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik

İsrail Baş naziri Netanyahu iddia edib ki, onlar Suriyada Türkiyə hərbi mövcudluğuna qarşı olduqlarını açıq şəkildə bildiriblər.

İsrail Baş naziri Binyamin Netanyahu verdiyi açıqlamada Türkiyənin Suriyadakı hərbi mövcudluğuna qarşı olduğunu bildirib.

Netanyahu açıqlamasında deyib:

"Biz Suriyada Türkiyə hərbi mövcudluğuna dözməyəcəyimizi açıq şəkildə bildiribik və görünür, onlar bizi kifayət qədər eşitməyiblər, ona görə də onların daha yaxşı başa düşmələri üçün səy göstərmişik."