"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxana və cəzaçəkmə müəssisələrində həkim çatışmazlığından yazıb.
"Toplum TV" jurnalistin öz təcrübəsi və həkimlərlə söhbətlər əsasında qələmə aldığı yazını olduğu kimi təqdim edir.
“UZİ həkimi olmayan dalağımla bağlı demişdi ki, "narahat olma, sağlamdır”.
Bu kimi sözləri Penitensiar Xidmət müəssisələrində eşitmək adi haldır. Tibb məntəqələrində tibbi aparatlar istifadəsiz qalıb, çünki işlədə biləcək mütəxəssis yoxdur. Bakı İstintaq Təcridxanasında 3000 nəfərə 15, Umbakı Pentensiar Kompleksində 1200 nəfərə 5-6, 2 saylı Cəzaçəkmə Müəssisəsində (CM) 1800 nəfərə 2, 6 saylı CM-də isə 1300 nəfərə 1 həkim xidmət edir. Digər penitensiar müəssisələrində də vəziyyət eynidir. Gecə növbəsində də yalnız 1 feldşer ya həkim olur ki, onu da tapmaq mümkün olmur. 25 hektar ərazisi olan Umbakı həbsxanasında 1 gecədə 25 hektar əraziyə 1 nəfərin piyada işləməsi mümkün deyil. Həmsöhbət olduğum rəsmilər isə maaş azlığına görə vakansiyaların dolmadığını deyir, həmsöhbət olduğum bir həkim isə mənə demişdi: “Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə şikayət üçün getdim, dedilər get, 5 manatdan sistem qoş, pulunu qazan”. Gələn dərmanların keyfiyyətsizliyini də həkimlər özləri təsdiq edirlər. “Çox vaxt dərman əvəzinə məsləhət verirəm” ifadəsini də bir həkimdən eşitmişdim. Oftalmoloq, kardioloq isə ümumiyyətlə tapmaq mümkün deyil. Narkotik istfiadəçilərinin müalicəsi isə aparılmır (rəsmi rəqəmlərə əsasən 2026-cı ilin ilk 6 ayında narkotiklə əlaqəli 2848 nəfər həbs olunub). Bir məhbusun həkimlə bağlı tələbinə laqeyd yanaşılanda etiraz etmişdim. O zaman da deyilmişdi ki, ölümcül deyil, narahat olma.
Bütün bu problemlərin fonunda tibb məntəqələrində korrupsiya ittihamı ilə həbs olunmuş rəsmiləri görmək mümkündür – onların sağlamlıqlarında isə problem yoxdur, rahatlığa görə."
Tibb məntəqələrində tam sağlam korrupsiya ittihamı ilə həbs olunmuş rəsmilər dincəlir