Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs olundu

Adanada Furkan Vəqfi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 56 şübhəli arasında Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da həbs olundu. Bu barədə məhkəmə qərar verib. Digər şübhəlilər üçün məhkəmə proseslərinin davam etdiyi bildirilir.

Furkan Vəqfini hədəf alan əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası altında həyata keçirilib.

Viloyat Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı qrupun lideri olduğu iddia edilən Alparslan Kuytul və digər çoxsaylı şübhəlilərin yaşadığı ünvanlarda axtarışlar aparılıb.

19 avqust səhəri keçirilən əməliyyatda Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla 56 nəfər saxlanılıb.

Şübhəlilər "cinayətkar təşkilat yaratmaq və idarə etmək", "cinayətkar təşkilata üzv olmaq", "cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması", "ağır dələduzluq", "rəsmi sənədlərin saxtalaşdırılması" və "Vergi Proseduru Qanununun pozulması" maddələri ilə ittiham olunublar.

Polis bölməsində prosedurları tamamlanan şübhəlilər dünən məhkəməyə göndəriliblər.

Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul məhkəmə tərəfindən həbs ediliblər.

Digər şübhəlilər üçün məhkəmə proseslərinin davam etdiyi bildirilib.