Türkiyənin Yeni Partiyasının sədri Özgür Özəl İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı mövqeyinə sərt reaksiya verib.
Özgür Özəl İsraildə qarşıdakı günlərdə keçiriləcək seçkilərə diqqət çəkərək Netanyahunun Ərdoğanla süni qarşıdurma yaradaraq bundan daxili siyasətdə öz mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışdığını bildirib.
“Qarşıdakı günlərdə İsraildə seçkilər var. Netanyahu İsrail seçkilərində Ərdoğanla süni qarşıdurma yaradaraq orada özünə güc qazandırmağa çalışır”, – deyə Özgür Özəl bildirib.
O, daha sonra həm İsrailə, həm də Netanyahuya sərt mesaj ünvanlayıb:
“Buradan həm İsrailə, həm də Netanyahuya bunu deyirik: Ölkə daxilində mübarizə apararıq, bir-birimizlə ən sərt şəkildə mübarizə edərik. Amma kənardan, xüsusilə də fələstinli körpələrin qatili çıxıb bizi daxili siyasətinə alət etməyə çalışarsa, 87 milyon olaraq onun qarşısında dimdik dayanmışıq”.
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”