Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 360,2 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesablamasına əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İrana 20,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon ABŞ dolları və ya təqribən 2,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 340 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon ABŞ dolları və ya 1,9% azalma deməkdir. Bununla da İran hesabat dövründə Azərbaycanın ən çox idxal əməliyyatı apardığı ölkələr siyahısında 6-cı pillədə qərarlaşıb.
Azərbaycanla İran arasında ticarət dövriyyəsində artım qeydə alınıb