Fələstin əsilli amerikalı Rəşidə Tlaib Miçiqan ştatındakı ilkin səsvermənin nəticələrinə əsasən, Amerika Nümayəndələr Palatasında yerini təmin edib və bununla bu qanunverici orqanda təmsil olunacaq ilk müsəlman qadın olub.
Report xəbər verir ki, R.Tlaib seçkilərdə Demokratlar Partiyasının namizədi olaraq qalib gəlib.
İlkin seçkilərdə müstəqil və Respublikaçılar Partiyasından namizədlər olmayıb və bu, R.Tlaibin aralıq seçkilərində rəqiblərinin olmayacağı anlamına gəlir. Başqa sözlə, xanım Tlaibin Konqresdə Nümayəndələr Palatasında Miçiqan ştatını təmsil edəcəyi təmin olunub.
Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.
ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib

Oxşar xəbərlər