Auditorlar Palatası 3,2 milyard manat məbləğində dövlət vəsaitinin istifadəsi üzrə auditin yekununda 232 müxtəlif qanun pozuntusu aşkar edib. Bu, Palatanın bu ilin birinci yarısı üzrə hesabatında deyilib.
Təhlil göstərir ki, büdcə qanunvericiliyinin tələblərinin pozulması halları daha çoxdur. Bu nöqsanlarla yanaşı, dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.
2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Turan
Hesablama Palatası 232 pozuntu aşkar edib
Oxşar xəbərlər