Elektrik və təbii qazın qiyməti qalxdı

Türkiyədə elektrik və təbii qazın qiyməti qalxıb.
 
Yeni qiymətlər avqustun 1-dən hesablanır. Məlumatda qeyd edilir ki, elektrik enerjisinin qiyməti yaşayış məkanlarında 9 faiz, ticarət obyektlərində isə 14 faiz artıb. 
 
Təbii qazın qiymətində də artım evlərdə 9, iş yerlərində 14 faiz təşkil edib. BOTAŞ-dan (Boru Xətləri və Neftdaşıma Qapalı Səhmdar Cəmiyyəti) verilən açıqlamada qeyd olunur ki, son iki ildə Brent neftinin qiyməti 100 faiz, dolların kursu isə 63 faiz artıb. Bu səbəbdən kommunal xidmətlərdə qiymət artırmaq zərurəti yaranıb.
 
musavat.com