Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
Bir neçə ildir özünü Harun Yəhya, "Mehdi" kimi təqdim edən Adnan Oktar rəhbərlik etdiyi telekanalların birində açıq-saçıq geyinən onlarla qadınla birlikdə İslamdan, dindən danışmaqla dini gözdən salmış, dində olmayan şeyləri dinə nisbət vermişdi. Oruc və namazdan (red: hazırda onun yanında olanların ifadələrində qeyd edilir) uzaq olan Adnan Oktar özünün Mason olduğunu da etiraf etmişdir. Lakin onun digər cinayət əməlləri Türkiyənin güc strukturlarının diqqətinindən yayınmamış və bir çox gizli cinayətlər ifşa edildikdən sonra o saxlanılmış, daha sonra Adnan Oktar da daxil olmaqla Sülh Cəza Hakimliyinə aparılan 116 şübhəli “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib. Çox sayda ailə, övladlarına görə şahid qismində dindirilməkdədir. Məlum olduğu kimi ölkəmizdə də bu şəxsin tərəfdarları olmaqdadır. Lakin ölkəmizdə bir neçə gündür Adnan Oktar tərəfdarlarıyla bağlı hansı addımlar atılacağı gündəmdə olan suallardandır.
İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlidən Adnan Oktar və şəbəkəsi haqda münasibət öyrənib.
Adnan Oktarın dinlə əlaqəsinin olmadığını bildirən Hacı Şahin Həsənli "Adnan Oktarın hərəkətlərini qıraqdan izləyən hər kəs bu şəxsin İslamla əlaqəsinin olmadığını, dindən öz məqsədləri üçün istifadə etdiyini anlayırdı. Artıq bizim hamımızın bildiyimiz məsələlər özünü doğrultdu və Türkiyə hüquq mühafizə orqanları onu həbs edərək şəbəkəsini ifşa etdi. Məlum olduğu kimi Adnan Oktara qarşı ağır ittihamlar irəli sürülüb. Bütün ölkələrdə də onun şəbəkəsi araşdırılmalı və barələrində tədbir görülməlidir", -deyə qeyd edib.
İlahiyyatçı son zamanlar dindən istifadə hallarının çoxaldığını və bunun da dinin aktuallığı ilə əlaqəli olduğunu qeyd edib.
"Dinə maraq artıqca din dəllallarının sayı artır. Onlar öz çirkin məqsədlərinə çatmaq üçün dindən istifadə etməyə çalışırlar. Bütün bu şeylər dini gözdən salmaq, başqa ölkələrin maraqlarına xidmət etmək üçündür. Bu çox təhlükəli tendensiyadır. Bu tendensiyaya qarşı ən kəskin münasibət ortaya qoyulmalıdır. Maarifləndirmə, həmçinin qanunun bütün gücü ilə bu tendensiyaya qarşı mübarizə aparılmalıdır", -deyə Hacı Şahin Həsənli əlavə edib.
Adnan Oktarın Azərbaycandakı ardıcıllarıyla bağlı isə ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənli deyib: "Əgər bu şəxsin Azərbaycanda ardıcılları varsa və qanun pozuntusuna yol veribsə, onların da barəsində tədbir görülməlidir.", -deyə bildirib.
Hacı Şahin Həsənli Adnan Oktardan danışdı

Oxşar xəbərlər