Bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ramazan ayı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilərək, ay boyunca dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər aparılıb.
Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, eyni zamanda ayboyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanıb:
"Bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsi mütəmadi diqqət mərkəzində saxlanılıb. Görülən tədbirlər nəticəsində ölkə ərazisindəki məscidlərin mütləq əksəriyyətində təqvimə riayət olunub.
Lakin Bərdə şəhər “Cümə” məscidində QMİ-yə aid olmayan təqvimlər paylanılıb. Ağdaş şəhərində isə bayram namazının iyunun 14-də qılınacağı barədə çaşdırıcı xarakterli vərəqələr paylanılıb".
Komitədən bildirilib ki, qeyd edilən neqativ hallar istisna olmaqla ümumən 2018-ci ildə Ramazan ayı ölkəmizdə mənəvi dəyərlərə uyğun formada keçirilib:
"Ayboyu dini icmalara lazımi qayğı və dəstək göstərilib. Dini icmaların sərbəst şəkildə təravih namazlarının icrası, Qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılıb.
15 iyun tarixində məscidlərdə icra olunmuş bayram namazlarında ciddi neqativ hallar müşahidə edilməyib".
Qeyd edək ki, QMİ-nin Qazılar Şurası və Elmi-dini Şurasının verdiyi fətvaya əsasən, 2018-ci il 17 may tarixi Ramazan ayının birinci gününə, Fitr bayramı (Ramazan bayramı), yəni şəvval ayının 1-i, miladi təqvimlə iyunun 15-nə təsadüf edib.
Ramazanla bağlı monitorinqin nəticələri açıqlanıb

Oxşar xəbərlər