İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquqşünas Anar Cavadov və ekspert Qartal Hüseynov Mingəçevir şəhər, Kürdəmir, Ucar, Göyçay, Ağdaş, Yevlax və Rayon Polis şöbələrində monitorinq keçiriblər.
Komitə sədri Lent.az-a bildirib ki, polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baxış və orada saxlanılan şəxslərlə görüş keçirilib: “Monitorinq zamanı saxlanılan şəxslər saxlanma şəraitindən və onlara qarşı münasibətdən narazılıq etməyiblər. Lakin polisi və bizi ciddi narahat edən məsələlərdən biri Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilənlərin sayında artım müşahidə olunmasıdır. Demək olar ki, saxlanılanların böyük əksəriyyəti bu maddə ilə tutulub. Bu, ciddi narahatlıq doğurur. Həmçinin, saxlanılanlar arasında aliment ödəməkdən boyun qaçıranların sayında da artım müşahidə olunur”.
Komitə sədri əlavə edib ki, Ucar rayon Polis Şöbəsinin yeni inzibati binası inşa edilib. Bina iyulun 2-də - Azərbaycan polisinin yaranmasının 100-cü ildönümündə istifadəyə veriləcək.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Polis şöbələrində monitorinq keçirib
Oxşar xəbərlər