"Din xadimləri ilə 10 aylıq müqavilə imzalanacaq"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə maddi dəstəyin hansı müddətdə veriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci il üçün ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğu üçün din xadimləri ilə müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq. 

Bildirilib ki, gələcəkdə müqavilənin müddəti uzadıla bilər.