Penitensiar xidməti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi cəzaçəkmə müəssisələrində “Dini ekstremizmə qarşı mübarizənin əsas məqsədləri” mövzusunda məhkumlarla seminar-treninqlər keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, onların dini etiqad azadlıqlarının təmin olunması və dini maarifləndirilməsi olub.
Tədbir 12 və 13 saylı cəza çəkmə müəssisələrində baş tutub.
Tədbirlərdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən müəssisələrə müxtəlif dini kitablar təqdim olunub.
Məhkumlara dini kitablar paylandı - Fotolar

Oxşar xəbərlər